SON XƏBƏRLƏR

İran və İraq XİN başçıları regional vəziyyəti müzakirə edib

2025.03.25, 10:52
İran və İraq XİN başçıları regional vəziyyəti müzakirə edib

İranın xarici işlər naziri Abbas Əraqçi iraqlı həmkarı Fuad Hüseynlə telefon danışığında Amerikanın hədəfinin qonşu və dost ölkələrin münasibətlərini parçalamaq olduğuna dair xəbərdarlıq edib.

Gunaz.tv

Bu barədə məlumatı İSNA yayıb.

Bildirilib ki, nazirlər regionda baş verən son hadisələri müzakirə ediblər. 

Məlumata görə, Abbas Əraqçi Fuad Hüseynlə Amerikanın  Yəməndə husi qiyamçılarına qarşı keçirdiyi son əməliyyatlar, İsrailin Qəzza və Lübnanda keçirdiyi hərbi əməliyyatları bərpasına dair fikir mübadiləsi ediblər.

Əraqçi Amerikanın İranın neft sənayesinə qarşı tətbiq etdiyi sanksiyalara işarə edərək bildirib ki, İslam Respublikasına təzyiq göstərmək üçün Ağ Evin irəli sürdüyü iddia, ittihamlar əsassız, etibarsızdır:

Fuad Hüseyn isə bütün regionda sülhə, sabitliyə təhdidlərin qarşısının alınması üçün bölgə ölkələri arasında konsensus və əməkdaşlığın vacibliyini vurğulayıb.

Xatırladaq ki, İraqın neft naziri Hayan Abdel-Qani Amerikanın körfəzdə saxladığı İrana aid neft tankerlərində ölkəsinə aid saxta sənədlərin aşkarlandığını bildirib: “Biz Amerika tərəfini məlumatlandırdıq ki, bu sənədlər saxtadır və bizim onlarla heç bir əlaqəmiz yoxdur”.

Məlumata əsasən, martın 20-də Amerika Dövlət Departamenti İran neftinin satışına yönəlmiş dördüncü sanksiya paketini elan edib. Dövlət Departamentinin rəsmi bəyanatına görə, sanksiyalar İran neftinin alınması ilə məşğul olan bir təşkilata, həmçinin 19 hüquqi şəxsə və gəmiyə qarşı tətbiq edilib.

 

C

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar