SON XƏBƏRLƏR

İran üzrə xüsusi məruzəçinin missiyasının müddəti uzadılır

2025.03.25, 11:16
İran üzrə xüsusi məruzəçinin missiyasının müddəti uzadılır

BMT İnsan Haqları Şurasının İranda insan haqları pozuntularını pisləyən qətnaməsinin surətinə əsasən, İranda insan hüquqlarının pozulması ilə bağlı xüsusi məruzəçi və müstəqil faktaraşdırıcı komitənin missiyası daha bir il müddətinə uzadılıb.

Gunaz.tv

Qətnamənin Birləşmiş Millətlər Təşkilatının İnsan Haqları Şurasına üzv dövlətlərin əksəriyyəti tərəfindən uzadılması gözlənilir.

Qətnamədə İranda insan haqlarının sistematik şəkildə pozulması tənqid olunub.

Şura İranda cinayət törətmiş günahkar məmurların cəzasızlığına son qoymaqla insan haqları pozuntularını araşdırmaq üçün xüsusi məruzəçi və Birləşmiş Millətlər Təşkilatının müstəqil faktaraşdırıcı missiyası ilə tam əməkdaşlığa zəmanət verməsini istəyib.

Bu qətnamənin mətni İslandiya, Almaniya, Şimali Makedoniya, Moldova Respublikası, Böyük Britaniya və Şimali İrlandiya ölkələri tərəfindən hazırlanmış və martın 21-də Şura Katibliyinə təqdim edilib.

Şuranın katibliyi bu mətni Şuraya üzv olan 48 ölkənin nümayəndə heyətlərinə təqdim edəcək və onlar bu mətni qar.ıdakı 10 gün ərzində keçirilməsi nəzərdə tutulan iclaslarından birində səsə qoyacaqlar.

Bu qətnamədə İnsan Haqları Şurası İranda geniş miqyasda mədəni, siyasi, iqtisadi, sosial və mülki hüquqların pozulmasından narahatlığını ifadə etməklə yanaşı, xüsusilə qadınlara, etnik və dini azlıqlara qarşı şiddətli repressiyalara, eləcə də edamların davamlı artmasına diqqət yetirib.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar