SON XƏBƏRLƏR

Zəncanlı ana: Vətəndaşlıq vəziyyəti aktları şöbəsi qızımın adını zorla “Sevda” əvəzinə “Sudi” kimi qeyd edib

2025.03.25, 11:31
Zəncanlı ana: Vətəndaşlıq vəziyyəti aktları şöbəsi qızımın adını zorla “Sevda” əvəzinə “Sudi” kimi qeyd edib

Zəncan Vətəndaşlıq Qeydiyyatı Şöbəsinin məsul işçiləri "Sevda" adını doğum haqqında şəhadətnaməyə bilərəkdən “Sudi” kimi qeyd ediblər.

Gunaz.tv

Bu barədə uşağın anası Raziyə Ocaği Balamın Adı kampaniyasına danışıb.

"Qızım 2013-cü ildə anadan olub və onun adını Sevda qoymuşduq. Bu adın düzgün yazılış forması “Sevda”dır. Mən bunu kağıza yazdım və yoldaşıma verdim ki, doğum haqqında şəhadətnamə üçün müraciət etsin. Zəncan Vətəndaşlıq Qeydiyyatı İdarəsinin əməkdaşları yoldaşıma bildiriblər ki, Həmzə ilə bu ada doğum haqqında şəhadətnamə verə bilməzlər, çünki sistem Həmzəni qəbul etmir. Qızımın adını düzəltmək üçün 2 il çalışdıq, lakin vətəndaşlıq vəziyyəti aktlarının məsul işçiləri bizim xahişimizi rədd etdilər. Ta ki, 9 ildən sonra, 2023-ci ilin sentyabrında, qızım 4-cü sinifdə oxuyanda biz qeydiyyat şöbəsində görüşdük və xeyli mübahisə və dava-dalaşdan sonra adını dəyişərək “Soda” qoyduq. Çünki onlar yenə də adı düzgün formada “Sevda” kimi qeydiyyatdan keçirməkdən imtina etdilər."

Əvvəllər qeyd etmişdik ki, Qeydiyyat Təşkilatının türk adlarına qarşı çıxmaq üçün istifadə etdiyi üsullardan biri də doğum haqqında şəhadətnamədə türk adlarını yanlış şəkildə yazmaqdır.

 

C

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar