SON XƏBƏRLƏR

Urmuda həbs edilənlərin sayı 22 nəfərə çatdı

2025.03.25, 16:29
Urmuda həbs edilənlərin sayı 22 nəfərə çatdı

Qərbi Azərbaycan əyalətinin mərkəzi Urmu şəhərində həbs edilənlərin sayı 22-ə çatıb.

Gunaz.tv

Bu barədə əyalətin polis rəisi Rəhim Cahanbəxş məlumat verib.

Saxlanılanlardan bir neçəsinin kimliyi çıqlansa da, başqa fəalların kimliyi barədə məlumat verilməyib.

Qeyd edək ki, kürdlərin Qərbi Azərbaycan əyaləti və Urmu şəhərinə torpaq iddialarına qarşı martın 22-də Urmuda izdihamlı mitinq keçirilib və milli şüarlar səsləndirilib.

Mitinqdə, İmam Əlinin vəfat gününə təsadüf etdiyinə görə, yerli hökumət rəsmiləri və hökumət mollaları milli şüarlar səsləndirən Azərbaycan türklərinin cəzalandırılmasını tələb ediblər.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar