SON XƏBƏRLƏR

Amerika Kəşfiyyatı: Çin Amerika üçün hərbi cəhətdən daha böyük təhdiddir

2025.03.26, 10:23
Amerika Kəşfiyyatı: Çin Amerika üçün hərbi cəhətdən daha böyük təhdiddir

İstər hərbi, istərsə də kibertəhlükəsizlik cəhətdən Çin Amerika üçün daha böyük təhdiddir.

Gunaz.tv

Günaz TV APA-ya istinadən xəbər verir ki,bu barədə məlumat Amerika Mərkəzi Kəşfiyyat İdarəsinin ənənəvi illik hesabatında yer alıb.

Sənəddə deyilir ki, hazırda rəsmi Pekin Tayvan əleyhinə yönələn planı çərçivəsində malik olduğu imkanları daha da genişləndirir.

Hesabatın maraq doğuran məqamlarından biri də Çin tərəfinin Amerikanın kibertəhlükəsizlik infrastrukturuna ciddi zərər vurmaq, eləcə də 2030-cu ilədək süni intellektdən daha geniş istifadə potensialının qeyd edilməsidir.

Bu arada, sözügeən idarənin rəhbəri Talsi Qabbard hesabatı şərh edib:

“Çinin Hərbi Komandanlığı hipersəsli silahlar da daxil olmaqla, getdikcə daha müasir arsenaldan, habelə radarlardan yayına bilən qırıcı təyyarələrdən istifadəni genişləndirir. Rəsmi Pekin həm də ən yeni Kosmik cihazların istehsalı ilə də məşğuldur. Daha bir məqam isə rəsmi Pekinin nəhəng nüvə arsenalına malik olmasıdır. Çin tərəfi Amerikanın əsas strateji rəqibidir”.

 

C

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar