SON XƏBƏRLƏR

Çin XİN: Pekin Amerika ilə bərabərlik və qarşılıqlı hörmət əsasında dialoqa hazırdır

2025.03.26, 11:29
Çin XİN: Pekin Amerika ilə bərabərlik və qarşılıqlı hörmət əsasında dialoqa hazırdır

Pekin Vaşinqtonla bərabərlik və qarşılıqlı hörmət prinsipləri əsasında əməkdaşlığa hazırdır.

Gunaz.tv

Bu barədə Çinin xarici işlər naziri Van İ Pekində Amerika -Çin münasibətləri üzrə Milli Komitənin Direktorlar Şurasının icraçı sədr müavini Evan Qrinberqlə görüşündə bildirib.

"Çin Amerika ilə bərabərlik və qarşılıqlı hörmət əsasında dialoq və danışıqlar aparmağa hazırdır, məqsəd hər iki ölkənin əsaslı narahatlıqlarını aradan qaldırmaqdır", - o bildirib.

Nazir hesab edir ki, Çin-Amerika münasibətləri inkişafın əhəmiyyətli mərhələsindədir. "Hər iki tərəf iki dövlətin liderlərinin mühüm konsensus və baxışlarını rəhbər tutmalı, mübadilələri gücləndirməli, qarşılıqlı anlaşmanı yaxşılaşdırmalı və fikir ayrılıqlarını aradan qaldırmalıdır", - o qeyd edib.

Van İ hesab edir ki, böyük maraqlara və əməkdaşlıq üçün geniş məkana malik olan Çin və Amerika uğur qazana və dünyaya fayda verə bilər.

 

C

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar