SON XƏBƏRLƏR

İranda iş qəzaları - 1077 işçi həlak olub

2025.03.27, 11:33
İranda iş qəzaları - 1077 işçi həlak olub

6 ay ərzində İranda iş qəzalarında ölən işçilərin sayı açıqlanıb.

Gunaz.tv

Bu barədə İran Tibbi Ekspertiza Mərkəzi məlumat yayıb.

Bildirilib ki, 6 ay müddətində 1077 işçi iş qəzaları nəticəsində həyatını itirib.

Ölənlərdən 1066-ı kişi, 11-i isə qadındır.

Müstəqil sinfi fəallar rəsmi rəqəmlərin həqiqəti əks etdirmədiyini, ölüm və yaralanma hallarının verilən rəsmi statistikada göstərildiyindən çox olduğunu bildirirlər.

Qeyd edək ki, İran iş yerlərində təhlükəsizlik qaydalarının qorunmadığına görə dünya ölkələri arasında 102-ci yerdədir.

GünazTV

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar