SON XƏBƏRLƏR

“Taliban” Amerika ilə münasibətləri bərpa etmək və səfirlikləri açmaq niyyətindədir

2025.03.27, 13:04
“Taliban” Amerika ilə münasibətləri bərpa etmək və səfirlikləri açmaq niyyətindədir

Radikal “Taliban” hərəkatı tərəfindən formalaşdırılmış Əfqanıstanın müvəqqəti hökuməti Amerika ilə münasibətləri yaxşılaşdırmaq və iki ölkənin Kabil və Vaşinqtondakı səfirliklərinin fəaliyyətini bərpa etmək istəyir.

Gunaz.tv

GünazTV "Report"-a istinadən xəbər verir ki, bu barədə Taliban hökumətinin rəsmisi Zəbihulla Mücahid “Al Arabiya” telekanalına müsahibəsində bildirib.

“Biz ABŞ-nin yeni administrasiyasının Əfqanıstanla işləyəcəyini gözləyirik”, – o qeyd edib və Kabilin “Vaşinqtonla münasibətlərin yaxşılaşdırılmasına hazır olduğunu” vurğulayıb.

ABŞ nümayəndələrinin Əfqanıstan paytaxtına səfəri ilə bağlı məlumatı şərh edən Mücahid təmaslar zamanı “Amerika vətəndaşı” Corc Qlezmannın “azad edilməsi məsələsinin qaldırıldığını” vurğulayıb.

“Əfqanıstan güzəştə gedib və ölkələr arasında münasibətləri yaxşılaşdırmaq üçün onu azad etməyi qərara alıb”, – müvəqqəti Əfqanıstan hökumətinin nümayəndəsi qeyd edib.

 

 

Ş.E

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar