SON XƏBƏRLƏR

ABŞ-la danışıqların nəticəsinə ümidvarıq- Xaməneinin müaşviri

2025.03.28, 15:53
ABŞ-la danışıqların nəticəsinə ümidvarıq- Xaməneinin müaşviri

İnşallah ABŞ ilə danışıqlarda nəticə əldə olunacaq və buna ümidliyik. 

Gunaz.tv

Bunu İran rəhbərinin müşaviri Əli Laricani deyib.

O, hər iki tərəfin danışıqların şərtlərini qəbul etməli olduqlarını söyləyib.

ABŞ prezidentinin İrana qarşı təhdidləri ilə bağlı jurnalistin sualını cavablandıran Laricani, bunun ciddi olmadığına işarə edib: 

“Bir şey etmək istəyən adam o qədər də danışmır”. 

Qeyd edək ki, İran tərəfi Oman vasitəsilə ABŞ Prezidenti Donald Trampın daışıqlar və İrana qarşı irəli sürdüyü şərtlər barədə Əli Xaməneiyə yazdğı məktuba cavab göndərib.

Cavab məktubunun məzmunu barədə açıqlama verilməsə də, Tehran rəsmiləri Vaşinqtonla dolayı danışıqlara hazır olduqlarını bildiriblər.

Bəzi mənbələr İran rəsmilərinin iddialarının əksinə olaraq, ABŞ və İsrailin təhdidlərindən ehtiyat etdiklərini və cavab məktubunda Trampın bir sıra şərtlərini müzakirə etməyə razılaşdıqlarını bildirirlər.
  
GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar