SON XƏBƏRLƏR

Qalibaf təhdid etdi - Hücum edilsə xaos yaranacaq

2025.03.28, 17:00
Qalibaf təhdid etdi - Hücum edilsə xaos yaranacaq

İran parlamentinin sədri Məhəmmədbaqir Qalibaf İrana ehtimal olunan hücum barədə xəbərdarlıq edib.

Gunaz.tv

O, bu barədə bu gün İsrailə qarşı keçirilən "Qüds günü" mitinqində deyib.

parlament sədri İrana qarşı istənilən hücumun bölgədə ciddi xaos yaradacağı barədə təhdidamiz xəbərdarlıq edib.

"Amerikalılar özləri də nə qədər həssas vəziyyətdə olduqlarını bilirlər. Əgər onlar İran ərazisinə hücum etsələr, bu, barıt anbarındakı qığılcım kimi olacaq və bütün regionu partlatacaq",- Qalibaf bildirib.

Onunla yanaşı SEPAH komandirinin kordinasiya məsələləri üzrə müavini Məhəmmədrza Nəqdi də müharibə ehtimalı barədə dolayı bəyanat səsləndirib.

SEPAH generalı İran xalqının "müqavimət cəbhəsi"ndə iştirak etmək üçün Qəzzaya göndərilməyi tələb etdiyini iddia edib.

"ABŞ və İsrail ən zəif vəziyyətdədirlər və buna görə də böyük əməliyata və onların işini bitirməyə hazır olmalıyıq",- Nəqdi əlavə edib.

Qeyri-rəsmi mənbələr və siyasi ekspertlər bu bəyanatların İran rəsmilərinin Amerika və İsrail hücumunun reallaşmasından ehtiyat etdikləri ilə əlaqələndiriblər.

Onların, xüsusən Qalibafın təhdidamiz bəyanatlarını ABŞ və İsrailin İranı hədəf alacağı təqdirdə Tehranın bölgə ölkələrinə zərər verəcəyinə hədə işarəsi kimi dəyərləndirirlər. 

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar