SON XƏBƏRLƏR

Tramp İrana İraqla bağlı da şərt irəli sürüb

2025.03.29, 13:03
Tramp İrana İraqla bağlı da şərt irəli sürüb

ABŞ Prezidenti Donald Tramp İran rəhbəri Əli Xaməneiyə yazdığı məktubda Tehranın təsiri altında olan silahlı “Həşd əl-Şəbi” qruplaşmasının da ləğv olunmasını tələb edib.

Gunaz.tv

Bu barədə İranın İraqdakı səfiri Məhəmməd Kazim Ali-Sadiq bildirib.

O, "Əlşərqiyyə" telekanalına verdiyi müsahibədə Tehranın bu tələbi qəbul etməyəcəyini deyib.

"İran "Müqavimət oxu"na bağlı qrupların ləğvi ilə bağlı danışıqlara getməyəcək, “Həşd əl-Şəbi”nin ləğv edilməsi isə İrana olduğu kimi İraq üçün də qəbul edilməzdir",- səfir əlavə edib.

Trampın məktubunda başqa bir şərtin İranın raket proqramı ilə bağlı olduğunu deyən Məhəmməd Kazim Ali-Sadiq, bu məsələnin də İranın "qırmızı xətti" olduğunu ə danışıqlar mövzusu ola bilməyəcəyini söyləyib.

Səfir ölkəsinin nüvə proqramı ilə bağlı danışıqlara hazır olduğuna bildirib:

"İranın hüquqları tam təmin olunarsa, o, nüvə proqramı ilə bağlı danışıqlara hazırdır".

Qeyd edək ki, bundan əvvəl başqa İran rəsmiləri, o cümlədən xarici işlər nazir Abbas Araqçı, Əli Xaməneinin müşavirləri Kamal Xərrazi və Əli Laricani də Tehranın nüvə proqramı ilə bağlı ABŞ ilə dolayı danışıqlara hazır olduğunu açıqlayıblar.

Bəzi mənbələr isə Tehran və Vaşinqtonun Oman ölkəsi vasitəslə dolayı danışıqlar apardıqlarını bildirib.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar