SON XƏBƏRLƏR

Hücum olarsa ağır cavab veriləcək, iğtişaşların qarşısı alınacaq- Xamənei

2025.03.31, 11:16
Hücum olarsa ağır cavab veriləcək, iğtişaşların qarşısı alınacaq- Xamənei

Kənardan hücum ediləcəyi ehtimalı azdır, ancaq hücum edilərsə, onlara mütləq ağır zərbə vurulacaq.

Gunaz.tv

Bu sözləri İran rəhbəri Əli Xamənei bu gün Fitir bayramı münasiətilə etdiyi çıxışında deyib.

"Hamı bilsin ki, bizim mövqeyimiz əvvəl nə idisə indi də odur, Amerika və İsrailin düşmənçiliyi də bundan əvvəl olduğu kimi qalır",- o, əlabə edib.

Xamənei xarici hücumun baş verməsi ehtimalının az olduğunu bildirib:

"Bizi hücum edəcəkləri ilə bağlı təhdid edirlər, əlbəttə biz bunun baş vermə ehtimalının az olduğunu düşünürük". 

İran rəhbəri ölkə daxilində etiraz aksiyalarının başlanacağı ehtimalına da işarə edib və bunun qarşısının alınacağı ilə hədələyib.

"Əgər ölkə daxilində bundan əvvəl də etdikləri kimi iğtişaş yaratmaq istəsələr, bunun cavabını millət özü verəcək. Bu əvvəllər də təcrübə olunub",- Xamənei etiraz aksiyalarının yeni dalğasının başlamasının mümkünlüyünə işarə edib.

Qeyd edək ki, Amerika Prezidenti Donald Tramp İranın birbaşa danışıqlara getməyəcəyi təqdirdə ağır nəticələrlə üzləşəcəyi barədə xəbərdarlıq edib.

İran isə əvvəlki mövqeyini dəyişərək dolayı danışıqlar aparmağa razılıq verib.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar