SON XƏBƏRLƏR

Kir Starmer ilə Donald Tramp arasında telefon danışığı baş tutub

2025.03.31, 13:04
Kir Starmer ilə Donald Tramp arasında telefon danışığı baş tutub

Böyük Britaniyanın baş naziri Kir Starmer ilə ABŞ prezidenti Donald Tramp arasında növbəti telefon danışığı baş tutub.

Gunaz.tv

GünazTV Musavat.com-a istinadən xəbər verir ki, bu barədə məlumat Birləşmiş Krallığın hökumət saytında yayımlanıb. Tərəflər Parisdə keçirilmiş “İstəkli ölkələr koalisiyası” sammitini və Rusiya-Ukrayna müharibəsi fonunda Qərbin gələcək addımlarını müzakirə ediblər.

Rəsmi Londondan yayılan açıqlamada vurğulanır: “Liderlər Putinə qarşı kollektiv təzyiqlərin davam etdirilməsinin vacibliyində razılaşdılar.”

Kir Starmer iyulun əvvəlində keçirilən seçkilərdə qələbə qazandıqdan sonra baş nazir postuna keçib. ABŞ-da isə Donald Tramp bu ilin əvvəlində yenidən prezident postuna qayıdaraq vəzifəsinin icrasına başlayıb. Bu iki lider arasında ilk təmas olmasa da, yeni administrasiyalar dövründə geosiyasi koordinasiyanın istiqamətləri baxımından əhəmiyyətli bir mərhələ kimi qiymətləndirilə bilər.

 

 

Ş.E

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar