SON XƏBƏRLƏR

Xaməneinin müşaviri təhdid etdi- Atom bombası əldə edəcəyik

2025.04.01, 09:39
Xaməneinin müşaviri təhdid etdi- Atom bombası əldə edəcəyik

Amerika və ya İsrail nüvə bəhanəsi ilə İranı bombalasa, İslam Respublikası atom bombası istehsal etməyə məcbur olacaq.

Gunaz.tv

Bunu Əli Xaməneinin müşaviri Əli Laricani deyib.

"İran bildirir ki, bizim nüvə silahı əldə etməyə imkanımız var, ancaq rəhbərin fitvasına görə biz buna əl atmırıq. Siz təzyiq göstərdiyiniz zaman bunun əldə edilməsinə əsas verilmiş olur və xalq ölkənin təhlükəsizliyini qorumaq üçün nüvə silahının istehsal edilməsini tələb edir... və bu, sizin xeyrinizə olmayacaq",- o bildirib.

Əksər siyasətçilərin Trampın sözlərini ritorika kimi qiymətləndirirdiklərini deyən Laricani, onun Rusiya və Kanadaya da hədə-qorxu gəldiyini, ancaq mühüm heç nəyin baş vermədiyini söyləyib.

Xaməneinin müşaviri İran hərbi qüvvələrinin hücum barədə ən aşağı ehtimalı da hesablayıb və hazır əziyyətdə olduqlarını deyib.

Qeyd edək ki, Donald Tramp İranın nüvə proqramı ilə bağlı Amerika ilə razılığa gəlmədiyi təqdirdə Tehranı hərbi hücum və ağır gömrük tarifləri tətbiq etməklə hədələyib.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar