SON XƏBƏRLƏR

Donald Tramp Husi milislərinə gəmilərə hücumlarını dayandırmaları barədə xəbərdarlıq edib

2025.04.01, 11:07
Donald Tramp Husi milislərinə gəmilərə hücumlarını dayandırmaları barədə xəbərdarlıq edib

"Husilərin hücumları dayanmasa, onlar və İran əsl ağrının nə olduğunu başa düşəcəklər."

Gunaz.tv

Bu barədə Donald Tramp özünün sosial media hesabında yazıb.

“Amerika gəmilərinə atəş açmağı dayandırın və biz də sizə atəş açmayacağıq. Əks halda, işimiz yeni başlayıb və həm Husilər, həm də onların himayədarı olan İran üçün əsl ağrı hələ özünü göstərməyib." - deyə Tramp bildirib.

O, həmçinin bildirib ki, Amerikanın son iki həftə ərzində həyata keçirdiyi hava hücumları nəticəsində “husi terrorçuları” ağır itkilər verib və “onların bir çox döyüşçüləri və liderləri” artıq sağ deyil.

Qeyd edək ki, martın 15-də Donald Tramp administrasiyası Husilərin mövqelərinə qarşı hərbi əməliyyata başladığını elan edərək Husilərin atdlığı hər gülləyə görə İranın məsuliyyət daşıdığını bildirmişdi.

 

C

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar