SON XƏBƏRLƏR

İsrail SEPAH-ı iflic edəcək- Media

2025.04.01, 14:09
İsrail SEPAH-ı iflic edəcək- Media

İrana qarşı mümkün hücum Amerika, İsrail və ya onların hər ikisi tərəfindən birgə həyata keçirilə bilər.

Gunaz.tv

Bu barədə İsrailin Kanal-14 televizyası məlumat yayıb.

“İsrail və ABŞ misli görünməmiş zərbə vurmaqla təkcə İranın nüvə proqramını yox, həm də SEPAH-ı iflic vəziyyətə salmaq niyyətindədirlər, bu zərbə İslam Respublikasının ciddi zəifləməsinə və hətta süqutuna səbəb ola bilər”, - məlumatda bildirilib.

Kanal əlavə edib ki, Trampın son təhdidləri ilə yanaşı, İsrail Hərbi Hava Qüvvələrinin intensiv təlimləri İranın nüvə obyektlərinə belə bir hücuma hazırlığın ciddi əlamətləridir.

Qeyd edək ki, son məlumata görə, Pentaqon Yaxın Şərqə Milli Qvardiyanın daha bir neçə A-10 hücum təyyarəsini və 300 hərbi qüvvə göndərib.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar