SON XƏBƏRLƏR

Pezeşkian Şəhram Dəbirini işdən qovdu

2025.04.05, 11:13
Pezeşkian Şəhram Dəbirini işdən qovdu

İran Prezidenti Məsud Pezeşkian parlament məsələri üzrə köməkçisi Şəhram Dəbirini vəzifədən azad edib.

Gunaz.tv

Bu barədə İran mediası məlumat yayıb.

"Novruz bayramında Antarktidaya istirahət səfərində olmağınız təsdiqləndi. İnsanlara iqtisadi təzyiqlərin yüksək olduğu və məhrumiyyətlərin çox olduğu bir şəraitdə məmurların hətta şəxsi hesabına belə bahalı istirahət səfərləri müdafiə oluna və əsaslandırıla bilməz. Sizinlə çoxillik dostluğumuz dürüstlüyə, ədalətə, xalqa verdiyimiz vədlərə əməl etməyə mane olmur",- Pezeşkian bildirib.

Qeyd edək ki, Şəhram Dəbirinin Antarktidaya səfəri ilə bağlı məlumat və fotoların yayılması vətəndaşların etirazına səbəb olub.

Narazılar, vətəndaşları qənaət etməyə və dözümlü olmağa çağıran hökumət üzvlərinin bahalı səfərlər etmələrini qınayıblar.

Şəhram Dəbiri fotoların əvvəlki illərə aid olduğunu iddia etsə də, sonradan onun yalan danışdığı və yenicə səfərdən qayıtdığı təsdiqlənib.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar