SON XƏBƏRLƏR

İran ordusu yüksək döyüş hazırlığı vəziyyətinə gətirilib

2025.04.06, 19:48
İran ordusu yüksək döyüş hazırlığı vəziyyətinə gətirilib

İranın ali dini lideri Ayətullah Əli Xamenei ölkənin Silahlı Qüvvələrinin tam döyüş hazırlığına gətirilməsinə göstəriş verib.

Gunaz.tv

Bu barədə adı açıqlanmayan yüksək rütbəli İran rəsmisi bildirib.

Qeyd olunub ki, qərar  gələn təhdidlər fonunda qəbul edilib.

Xatırladaq ki, aprelin 2-də İran hakimiyyəti hava məkanını bağlamaq və Silahlı Qüvvələri döyüş hazırlığı vəziyyətinə gətirmək qərarına gəlib. Müvafiq qərarlar ABŞ-nin təhdidləri və həm İsrail, həm də Amerika qüvvələrinin regionda fəallığının artması ilə bağlı qəbul edilib.

Bu gün İranın xarici işlər naziri Abbas Əraqçi Amerika ilə birbaşa danışıqları mənasız hesab etdiyini bildirib.

 

C

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar