SON XƏBƏRLƏR

CNN: Yəmənin husilərinə qarşı quru əməliyyatı hazırlanır

2025.04.06, 19:50
CNN: Yəmənin husilərinə qarşı quru əməliyyatı hazırlanır

Yəməndəki husi üsyançılarının düşmənləri Səudiyyə Ərəbistanı və Amerikadan dəstək ala biləcək quru hərbi əməliyyatı hazırlayır.

Gunaz.tv

Günaz TV "Report"a istinadən xəbər verir ki, bu barədə CNN mənbələrinə istinadən məlumat yayıb.

Məlumata görə, hücuma cənub və şərqdən, eləcə də Yəmənin sahillərindən hazırlanır, lakin onun vaxtı hələ müəyyən edilməyib.

Husilərlə döyüşən qruplara dəstək verən Amerika ordusu “bir ovuc xüsusi təyinatlılar” istisna olmaqla, ordusunu əməliyyata cəlb etməyəcək, bombardmanlarla dəstəkləyəcək.

Eyni zamanda, telekanala müsahibə verən analitiklər husiləri sülhə məcbur etməyin “çox, çox çətin” olacağını irəli sürürlər.

 

C

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar