SON XƏBƏRLƏR

Amerika Yəmənin paytaxtına hava zərbələri endirib

2025.04.07, 11:33
Amerika Yəmənin paytaxtına hava zərbələri endirib

Amerikanın Ənsar Allah hərəkatının husi üsyançılarının nəzarətində olan Yəmənin paytaxtı Sənaya endirdiyi zərbələr nəticəsində azı 3 mülki şəxs ölüb, daha 6 nəfər yaralanıb.

Gunaz.tv

GünazTV “Report”-a istinadən xəbər verir ki, bu barədə üsyançıların Səhiyyə Nazirliyinin nümayəndəsi Anis əl-Əsbahi “X” sosial şəbəkəsindəki səhifəsində yazıb.

“İlkin məlumatlara görə, Amerikanın Şaab əl-Həfa bölgəsində bir evə bir neçə zərbə endirməsi nəticəsində 3 mülki şəxs həlak olub, 6-sı yaralanıb”, - paylaşımda bildirilir.

 

 

Ş.E

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar