SON XƏBƏRLƏR

Peskov: Rusiya-ABŞ danışıqları davam edəcək, lakin konkret tarix bəlli deyil

2025.04.07, 14:34
Peskov: Rusiya-ABŞ danışıqları davam edəcək, lakin konkret tarix bəlli deyil

Rusiya-ABŞ danışıqlarının davam etməsi gözlənilir, lakin tarix hələ müəyyən edilməyib.

Gunaz.tv

GünazTV "Report"-a istinadən xəbər verir ki, bu barədə ölkə Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

"Danışıqlar davam etməlidir, bu, ümumi anlayışdır. Hələ ki, konkret gün yoxdur, bəlli olan kimi sizi məlumatlandıracağıq", - o qeyd edib.

Daha əvvəl Rusiya Prezidentinin investisiya və iqtisadi əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Kirill Dmitriyev bu həftə Rusiya və ABŞ arasında yeni təmasların gözlənildiyini bildirib.

 

 

Ş.E

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar