SON XƏBƏRLƏR

Tramp: Prezident Ərdoğan çox güclü insandır və onunla yaxşı münasibətim var

2025.04.08, 11:10
Tramp: Prezident Ərdoğan çox güclü insandır və onunla yaxşı münasibətim var

Amerika prezidenti Donald Tramp Ağ Evdə İsrailin baş naziri Benyamin Netanyahu ilə görüşündə Türkiyənin Suriyada mühüm rol oynadığını deyib.

Gunaz.tv

“Mənim prezident Ərdoğanla çox yaxşı münasibətlərim var. Bəlkə də mətbuat Ərdoğanı bəyəndiyimə görə narazı qalacaq, ancaq bizim onunla heç vaxt heç bir problemimiz olmayıb. Türkiyə Suriyada heç kimin edə bilmədiyi bir şey etdi. Ərdoğan çox güclü və ağıllı adamdır. O, Suriyada heç kimin edə bilmədiyi bir iş gördü."

Donald Tramp Netanyahunun "Suriyada Türkiyə ilə problemlərimiz var" fikirlərinə münasibət olaraq isə, "Suriyada Türkiyə ilə olan hər hansı problemi həll edə biləcəklərini düşündüyünü" deyib.

 

C

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar