SON XƏBƏRLƏR

Pezeşkianın sözçüsü ABŞ-İran dialoquna münasibət bildirdi

2025.04.08, 13:00
Pezeşkianın sözçüsü ABŞ-İran dialoquna münasibət bildirdi

Əgər dialoq hörmətlə aparılarsa, Oman danışıqlarına davam edəcəyik.

Gunaz.tv

GünazTV Teleqraf-a istinadən xəbər verir, bu sözləri İran Prezidenti Məsud Pezeşkianın sözçüsü Fatimə Mühacirani bu gün keçirdiyi mətbuat konfransı zamanı İran və ABŞ rəsmiləri arasında birbaşa müzakirələrin aparılması ilə bağlı sualı cavablandırarkən bildirib.

O, əlavə edib: "Bizim danışıqların aparılması meyarımız milli maraqlardır, lakin danışıqlar hələ başlamayıb, buna görə də təfərrüatlar bəlli deyil. Bununla belə, danışıqlar aparan tərəf olaraq bizim üçün vacib olan milli maraqlarımızın qorunması, xalqın rifahının yaxşılaşdırılmasıdır".

 

 

Ş.E

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar