SON XƏBƏRLƏR

KİV: ABŞ-nin energetika naziri Yaxın Şərq turuna başlayır

2025.04.08, 13:03
KİV: ABŞ-nin energetika naziri Yaxın Şərq turuna başlayır

ABŞ-nin energetika naziri Kris Rayt aprelin 9-da Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Qətərə iki həftəlik səfərə çıxacaq.

Gunaz.tv

“Reuters” mənbələrinə istinadən məlumat yayıb.

Məlumata görə, səfər münasibətlərin qurulmasına, neftlə bağlı vəziyyətə və ABŞ-yə investisiyalara həsr olunacaq.

Səfər həm də ABŞ Prezidenti Donald Trampın bu ölkələrə səfərinin əsasını qoymağa kömək edəcək və böyük ehtimalla mayın ortalarında baş tutacaq.

Nazir səfərinə BƏƏ-dən başlayacaq, həftəsonu Səudiyyə Ərəbistanına, daha sonra isə Qətərə yollanacaq. K.Rayt Yaxın Şərq turunda ölkələrin bəzilərinin rəhbərləri ilə görüşəcək.

 

 

Ş.E

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar