SON XƏBƏRLƏR

Azərbaycanda Şimali Kipr Türk Cümhuriyyətini tanıdılması ilə bağlı tədbir keçiriləcək

2025.04.11, 14:50
Azərbaycanda Şimali Kipr Türk Cümhuriyyətini tanıdılması ilə bağlı tədbir keçiriləcək

"Bütün dünyanın Türkiyədə görüşməsi, Şimali Kipr Türk Cümhuriyyəti olaraq, bizim də burada özümüzü ifadə etməyimiz mühüm hadisədir”.

Gunaz.tv

GünazTV APA-ya istinadla xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Şimali Kipr Türk Cümhuriyyətinin Baş nazirinin köməkçisi, turizm naziri Fikri Ataoğlu deyib.

O bildirib ki, Azərbaycan Şimali Kipr Türk Cümhuriyyəti üçün çox əhəmiyyətli ölkədir: “Qarşıdakı günlərdə Azərbaycanda siyasi məsləhətləşmələrimiz olacaq. Ondan sonrakı dövrdə Azərbaycanda Şimali Kipr Türk Cümhuriyyətinin tanıdılması ilə bağlı tədbir keçiriləcək. Bu tədbir Azərbaycandakı qardaşlarımızla Şimali Kipr Türk Cümhuriyyətində olan qardaşlarımız arasında gəliş-gedişin artması yönündədir”.

 

 

Ş.E

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar