SON XƏBƏRLƏR

Suriyada devrilmiş rejimin yerləşdirdiyi minalar Türkiyənin dəstəyi ilə təmizlənir

2025.04.11, 15:38
Suriyada devrilmiş rejimin yerləşdirdiyi minalar Türkiyənin dəstəyi ilə təmizlənir

Suriya Müdafiə Nazirliyi Suriyanın Həma əyalətində devrilmiş rejimin mülki ərazilərə yerləşdirdiyi minaları təmizləyir.

Gunaz.tv

GünazTV Anadolu Agentliyinə istinadla xəbər verir ki, Xüsusi təlim keçmiş bölmələr Suriyanın mərkəzindəki Həma əyalətinin şimalındakı Hamamiyyət və Cilime kəndlərində minalardan təmizləmə əməliyyatlarında iştirak edib. Türkiyədən göndərilən texnikalarla dünən başlayan mina təmizləmə əməliyyatları üç gün davam edəcək.

Suriya Müdafiə Nazirliyinin 98-ci Zirehli Diviziyasının həyata keçirdiyi minalardan təmizləmə əməliyyatlarında iştirak edən Abdulkadir Nayif Anadolu Agentliyinin müxbirinə devirmiş rejimin yerləşdirdiyi minaların sıx olduğu bir çox əraziləri müəyyən etdiklərini bildirib.

Bəzi ərazilərdə minaları əl ilə təmizlədiklərini və Türkiyədən göndərilən xüsusi mina təmizləmə maşınları ilə basdırılan minaları məhv etdiklərini qeyd edən Nayif bildirdi ki, hazırda Hamamiyyət bölgəsində işləyirlər: Məqsədimiz bu əraziləri tamamilə təhlükəsiz etmək, insanların təhlükəsiz şəkildə evlərinə və kəndlərinə qayıtmasını təmin etməkdir.

 

 

Şahin Elxanoğlu

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar