SON XƏBƏRLƏR

Marko Rubio: Amerika və İran arasında “birbaşa danışıqlara” ümidliyik

2025.04.12, 11:43
Marko Rubio: Amerika və İran arasında “birbaşa danışıqlara” ümidliyik

“Ümid edirik ki, bu dialoqlar sülhə gətirib çıxaracaq və biz buna ümidliyik.” Bu sözləri Amerika xarici işlər naziri Marko Rubio Amerika hökumətinin iclasında deyib.

Gunaz.tv

Amerika hökumətinin rəsmisi, Donald Trampın sədrliyi ilə keçirilən iclasda çıxışı zamanı bildirib: “Biz tam açıq şəkildə bildirmişik ki, İran heç vaxt nüvə silahına sahib olmayacaq və düşünürəm ki, məhz bu mövqe bu görüşə zəmin yaradıb.”

İran hökumətinə yaxın media qurumları isə bəyan ediblər ki, İran və Amerika heyətlərinin bu gün baş tutacaq ilkin danışıqları birbaşa xarakter daşımayacağını vurğulayıblar.

Vaşinqton Post qəzeti də xəbər verib ki, əgər İran danışıqların dolayı olmasında israr etsə, Amerika prezidentinin xüsusi elçisinin Oman görüşündə iştirak etməməsi ehtimalı var.

İran və Amerika arasında danışıqların əsas mövzusu İranın nüvə proqramı və İranın nüvə silahı istehsal etmək potensialıdır. Donald Tramp yeni administrasiyanın işə başlamasından bəri bildirib ki, əgər İran danışıqlara getməsə və nüvə silahı proqramından imtina etməsə, hərbi hücum seçimi ilə qarşı-qarşıya qalacaq.

 

C

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar