SON XƏBƏRLƏR

Tehran və Vaşinqton arasında növbəti danışıqlar Romada keçiriləcək

2025.04.14, 10:00
Tehran və Vaşinqton arasında növbəti danışıqlar Romada keçiriləcək

İran və Amerika arasında nüvə məsələsi ilə bağlı növbəti danışıqlar raundu İtaliyanın paytaxtında keçirilə bilər.

Gunaz.tv

Bu barədə “Axios” iki mənbəyə istinadən məlumat yayıb.

Məlumata görə, amerikalı və iranlı rəsmilərin görüşü, Omandakı Məsqətdə keçirilən birbaşa olmayan danışıqlardan fərqli olaraq, şəxsi formatda bir otaqda və Oman vasitəçilərinin də iştirakı ilə keçirilə bilər.

Amerika və İran rəsmilərinin ikinci görüşündən əvvəl Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) baş direktoru Rafael Qrossi İslam Respublikasının nüvə obyektlərində monitorinq və yoxlama prosedurlarını müzakirə etmək üçün Tehrana səfər edəcək",- "Axios" qeyd edib.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar