SON XƏBƏRLƏR

Lübnan HƏMAS-ın iki rəhbərini həbs etdi

2025.04.16, 11:06
Lübnan HƏMAS-ın iki rəhbərini həbs etdi

Aprelin 15-də Lübnan ordusunun xüsusi təyinatlıları ölkənin cənubunda yerləşən Sayd şəhərində əməliyyat keçirərək Fələstinin radikal HƏMAS hərəkatının rəhbərliyinin iki üzvünü saxlayıb.

Gunaz.tv

GünazTV Musavat.com-a istinadla xəbər verir ki, məlumatı “Janoubia” xəbər portalı saxlanılanların adlarını qeyd etmədən yayıb.

Bildirilir ki, bu, Lübnanın cənubundan İsrailə qarşı silahlı hücumlara görə fələstinlilərin həbsi ilə bağlı ilk hadisə deyil. Bundan əvvəl Lübnan Silahlı Qüvvələrinin komandanlığı Fələstin cəbhələrinin Bekaa vadisində və Suriya ilə sərhəddə yerləşən 6 hərbi bazasını bağlayıb, orada yerləşən texnika və sursatlar müsadirə edilib.

Aprelin 4-də İsrail Hərbi Hava Qüvvələrinə məxsus qırıcı təyyarənin Sayda hücumu nəticəsində Lübnanın cənubunda HƏMAS qüvvələrinin komandiri Həsən Fərhat öldürülüb.

2 yanvar 2024-cü ildə Beyrutun cənub kənarında HƏMAS Siyasi Bürosunun sədr müavini Saleh əl-Aruri İsrailin pilotsuz təyyarəsinin zərbəsi nəticəsində öldürülüb.

 

 

Ş.E

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar