SON XƏBƏRLƏR

Ali Yerlikaya: Türkiyədən 2017-ci ildən bəri 915 mindən çox suriyalının geri qayıdışı təmin edilib

2025.04.16, 16:21
Ali Yerlikaya: Türkiyədən 2017-ci ildən bəri 915 mindən çox suriyalının geri qayıdışı təmin edilib

Türkiyədən 2024-cü il dekabrın 9-dan bəri 175 min 512 suriyalının ölkələrinə qayıdışı təmin olunub.

Gunaz.tv

Günaz TV "Report"a istinadən xəbər verir ki, bu barədə statistikanı Türkiyənin daxili işlər naziri Ali Yerlikaya açıqlayıb.

Nazir Suriyada Əsəd rejiminin devrilməsindən sonra "könüllü, təhlükəsiz, ləyaqətli və nizamlı geri dönüş" prosesinin sürətləndirildiyini vurğulayıb:

"Ötən il dekabrın 9-dan etibarən, 175 min 512 suriyalı qardaşımız öz ölkəsinə qayıdıb. Bu, 33 min 730 ailə deməkdir. 2017-2025 illər arasında isə ümumilikdə Suriyaya qayıdanların sayı 915 min 515 nəfər olub".

Türkiyənin qeyri-qanuni miqrasiya ilə mübarizəsinə toxunan A.Yerlikaya 2023-cü ildə 130 mindən çox, 2024-cü ildə isə 140 min əcnəbinin ölkədən deportasiya edildiyini deyib:

"2025-ci ilin geridə qalan dövründə 27 min 673 qeyri-qanuni miqrant deportasiya olunub. 2023-cü il iyunun 1-dən 2025-ci il aprelin 11-nə kimi deportasiya edilən qeyri-qanuni miqrantların ümumi sayı təqribən 260 min nəfər olub".

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar