SON XƏBƏRLƏR

ABŞ Suriyaya yeni tələblər irəli sürdü

2025.04.18, 13:16
ABŞ Suriyaya yeni tələblər irəli sürdü

ABŞ Suriya hökuməti üçün bu ölkəyə qarşı sanksiyaların yumşaldılmasını ehtiva edən yeni şərtlər siyahısı hazırlayıb.

Gunaz.tv

GünazTV Teleqraf-a istinadla xəbər verir ki, bu barədə “Wall Street Journal” (WSJ) məlumat yayıb.

WSJ Amerika rəsmilərinə istinadla yazır ki, ABŞ-nin Əhməd Şaraanın rəhbərlik etdiyi Suriya hökumətinə sanksiyaların ləğvi və ya yumşaldılması üçün şərtləri var.

Şərtlərdən birinə görə, Dəməşq sanksiyaların məhdud şəkildə yumşaldılması müqabilində Fələstin qruplarının (xüsusən HƏMAS-ın) Suriyada fəaliyyətlərini qadağan etməli və onları ölkədən çıxarmalıdır.

Məlumatda qeyd olunur ki, Suriya hökumətindən kimyəvi silah anbarı ilə bağlı da hərəkətə keçməsi tələb olunacaq.

ABŞ Dövlət Departamentindən nəşrə deyilib: “Hazırda Birləşmiş Ştatlar heç bir qurumu Suriya hökuməti kimi tanımır. Suriyanın müvəqqəti hakimiyyət orqanları terrorizmdən tamamilə əl çəkməli və ölkədə bunu yatırmalıdır”.

 

 

Ş.E

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar