SON XƏBƏRLƏR

Mədənizadə İranın yeni iqtisadiyyat naziri olacaq

2025.04.18, 13:23
Mədənizadə İranın yeni iqtisadiyyat naziri olacaq

İranın istefaya göndərilən iqtisadiyyat naziri Əbdülnasir Himmətinin yerinə Seyyid Əli Mədənizadə təyin olunacaq.

Gunaz.tv

Bu barədə Təbrizin "Azərəncümən" nəşri məlumat yayıb.

Məlumata görə, Məsud Pezeşkian etimad səsverməsi üçün Mədənizadəni parlamentə təqdim edəcək.

Gənc iqtisadiyyatçılardan olan Seyyid Əli Mədənizadə Tehranda anadan olub və hazırda Şərif Texnologiya Universitetinin müəllimidir.

Mədəni, elektrik mühəndisliyi üzrə bakalavr və magistr dərəcələrini Şərif Texnologiya Universitetində, hesablama riyaziyyatı üzrə magistr dərəcəsini ABŞ-nin Stanford Universitetində və PhD dərəcəsini Çikaqo Universitetində alıb.

GünazTV

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar