SON XƏBƏRLƏR

KİV: Uitkoff Parisdə "Mossad"ın rəhbəri ilə görüşüb

2025.04.18, 19:11
KİV: Uitkoff Parisdə "Mossad"ın rəhbəri ilə görüşüb

Amerika Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiven Uitkoff Parisdə İsrailin "Mossad" kəşfiyyat xidmətinin rəhbəri David Barnea və İsrailin strateji planlaşdırma naziri Ron Dermerlə qeyri-rəsmi görüş keçirib.

Gunaz.tv

Bu barədə “Axios” portalı məlumat yayıb.

Bildirilib ki, S.Uitkoff İsrail rəsmiləri ilə nüvə proqramı üzrə Amerika-İran danışıqlarını müzakirə edib. Görüşdə Barnea və Dermer aprelin 19-da Romada İranla danışıqların ikinci raundundan əvvəl Amerikanın mövqeyinə təsir etməyə çalışıblar.

Məlumata görə, İsrailin Baş naziri Benyamin Netanyahu Amerikanın İranın nüvə proqramına dair 2015-ci il razılaşmasına bənzər saziş bağlaya biləcəyindən narahatlığını ifadə edib.

 

C

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar