SON XƏBƏRLƏR

Beynəlxalq Əfv Təşkilatı İranla bağlı bəyanat yaydı

2025.04.19, 10:13
Beynəlxalq Əfv Təşkilatı İranla bağlı bəyanat yaydı

Beynəlxalq Əfv Təşkilatı Məhəmməd Təqəvi, Puya Qubadi, Vəhid Bəniamerian, Əliəkbər (Şahrox) Daneşvərkar və Babək Əlipurun edam ediləcəyindən narahatdır və İran hökumətini adı çəkilən siyasi məhbusları barədə çıxarılan ölüm hökmünü ləğv etməyə, onları sərbəst buraxmağa çağırır.

Gunaz.tv

Bu Beynəlxalq Əfv Təşkilatının yaydığı bəyanatda deyilib.

Beynəlxalq təşkilat siyasi məhbsların ədalətsiz məhkəmədə mühakimə olunduqlarını və istintaq dövründə onlardan işgəncə altında məcburi etiraf alındığını bildirib.

Qeyd edək ki, iki gün əvvəl edama məhkum edilmiş 5 siyasi məhbusun Evin həbsxanasından Qızılhisara köçürülməsi zamanı qarşıdurma yaranıb.

Məhbuslar edama məhkum edilənlərin kçürülməsinə mane olmağa çalışdıqları üçün Evin həbsxanasına xüsusi qüvvələr cəlb edilib, nəticədə bir neçə etirazçı məhbus yaralanıb.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar