SON XƏBƏRLƏR

Ukrayna XİN başçısı Avropa diplomatiyasının rəhbəri ilə nizamlanma məsələlərini müzakirə edib

2025.04.19, 11:30
Ukrayna XİN başçısı Avropa diplomatiyasının rəhbəri ilə nizamlanma məsələlərini müzakirə edib

Ukraynanın xarici işlər naziri Andrey Sibiqa Avropa diplomatiyasının rəhbəri Kaya Kallas ilə telefon danışığı zamanı Ukraynada və Avropa qitəsində ədalətli və hərtərəfli sülhə nail olmaq üçün gələcək addımları müzakirə edib.

Gunaz.tv

GünazTV Report-a istinadla xəbər verir ki, bu barədə ukraynalı diplomat özünün “X” sosial şəbəkəsindəki səhifəsində məlumat verib.

“Qarşıdan gələn beynəlxalq tədbirlərdən əvvəl mövqeləri koordinasiya eləmək üçün Kaya Kallas ilə telefon danışığım oldu. Həmçinin son diplomatik səyləri, Parisdə dünənki danışıqların nəticələrini, Ukrayna və Avropada ədalətli və hərtərəfli sülhün bərpası üçün gələcək addımları müzakirə etdik. Ukraynanın möhkəmlənməsinə davamlı dəstəyi və əməli köməyinə görə Aİ-yə minnətdaram”, - Sibiqa yazıb.

 

 

Ş.E

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar