SON XƏBƏRLƏR

KİV: nüvə danışıqları daha böyük güzəştlərə səbəb ola bilər

2025.04.21, 11:06
KİV: nüvə danışıqları daha böyük güzəştlərə səbəb ola bilər

İranın Ali Rəhbərin nümayəndəsi tərəfindən idarə olunan “Kayhan” qəzeti xəbərdarlıq edib ki, Amerika ilə davam edən nüvə danışıqları İranın raket imkanları və regional təsirləri ilə bağlı daha böyük güzəştlərə gətirib çıxara bilər.

Gunaz.tv

Qəzetin iddiasına görə Amerika nüvə danışıqlarını İran digər təsir imkanlarına müdaxilə etmək üçün fürsət kimi görür.

Məruzadə bildirilir ki, İran danışıqlarda öz raket və PUA sənayesinin inkişafında güzəştlərə getsə və bölgədəki müttəfiqlərini (red. - proksiləri) tərk etsə onda qarşı tərəfin İrana hücum etməmək üçün heç bir səbəb qalmayacaq.

Mühafizəkar qanaddan olan qəzetin məruzəsində nüvə müzakirələrində səthi irəliləyişlərə aldanmamaq barədə xəbərdarlıq edilib və bunun İranı sonsuz danışıqlara cəlb etmək üçün tələ ola biləcəyi bildirilib.

 

- Cəfər Cəfərli

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar