SON XƏBƏRLƏR

Nikol Paşinyandan konstitusiya dəyişikliyi ilə bağlı yeni açıqlama

2025.04.21, 12:13
Nikol Paşinyandan konstitusiya dəyişikliyi ilə bağlı yeni açıqlama

Ermənistanda əvvəllər keçirilmiş bütün konstitusiya referendumları xalqın iradəsini əks etdirmir.

Gunaz.tv

GünazTV Teleqraf-a istinadla xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib.

Baş nazirin sözlərinə görə, Ermənistanda hüquqi nizamla cəmiyyət arasında uçurum var:

“Bu boşluq digər məsələlərlə yanaşı, bütün konstitusiya referendumlarında ictimaiyyətin rəsmi nəticələrin xalqın iradəsini ifadə və ya tam ifadə etmədiyinə əmin olması ilə bağlıdır”.

Paşinyan hesab edir ki, mövcud hüquq nizamı ilə cəmiyyət arasında üzvi əlaqə olmalıdır.

Xatırladaq ki, bundan əvvəl Ermənistan baş naziri ölkənin yeni konstitusiyasında Müstəqillik Bəyannaməsinə istinadın olmamalı olduğunu bəyan etmişdi. Söhbət Azərbaycan və Türkiyəyə qarşı ərazi iddialarının yer aldığı bəyannamədən gedir. Yeni dəyişikliklə bu istinadın Ermənistan konstitusiyasından çıxarılacağı gözlənilir. Bu, sülh sazişinin imzalanması üçün Azərbaycanın əsas tələbidir.

 

 

Ş.E

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar