SON XƏBƏRLƏR

Filippin və Amerika birgə hərbi təlimlərə başlayıb

2025.04.21, 13:40
Filippin və Amerika birgə hərbi təlimlərə başlayıb

Filippin və Amerika 14.000 əsgərin iştirakı ilə illik hərbi təlimlərinə başlayıblar.

Gunaz.tv

Hər il keçirilən “Balikatan” (çiyin-çiyinə) adlı təlimləri mayın 9-dək üç həftə davam edəcək. Təlimlər zamanı NMESIS gəmi əleyhinə raket sistemi və HIMARS reaktiv yaylım atəş sistemləri də daxil olmaqla bir sıra Amerika silahlarını nümayiş etdiriləcək.

Amerika tərəfinin təlim direktoru general-leytenant Ceyms Qlinn bu ilki təlimləri hər iki qüvvənin imkanlarının müxtəlif ssenarilərdə ölçüləcəyi “tam döyüş sınaqları” kimi təsvir edib.

"Tam döyüş sınaqları Güney Çin dənizindən başlayaraq bu gün üzləşdiyimiz bütün regional təhlükəsizlik problemlərini nəzərə almaq üçün nəzərdə tutulub." - deyə Ceyms Qlinn bildirib.

Qeyd edək ki, təlimlər Çinin Güney Çin dənizində və Filippinə qonşu olan Tayvan ətrafında fəaliyyəti ilə bağlı Asiyada regional gərginliyin qızışdığı bir vaxta təsadüf edir.

Xatırladaq ki, Çin və Filippin arasında gərginlik son iki ildə Pekinin demək olar ki, bütünlüklə Güney Çin dənizinə ərazi iddiası etməsilə yaranmış anlaşılmazlıq səbəbindən artıb.

 

- Cəfər Cəfərli

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar