SON XƏBƏRLƏR

Qəzza ilə bağlı 7 illik sülh planı

2025.04.22, 11:52
Qəzza ilə bağlı 7 illik sülh planı

Qətər və Misir İsrailə Qəzza müharibəsini dayandırmaq üçün yeni sülh planı təklif edib.

Gunaz.tv

GünazTV Musavat.com-a istinadla xəbər verir ki, bu barədə "BBC News" məlumat yayıb.

Məlumatda bildirilir ki, bu plan 5 ildən 7 ilə qədər müddətdə atəşkəsi, bütün israilli girovların fələstinli məhbuslarla dəyişdirilməsini, hərbi əməliyyatların rəsmi olaraq dayandırılmasını və İsrail ordusunun Qəzza zolağından tam çıxarılmasını nəzərdə tutur.

HƏMAS bu plana cavab olaraq bildirib ki, Qəzzanın idarəçiliyini milli və regional səviyyədə razılaşdırılmış istənilən fələstinli quruma təhvil verməyə hazırdır. Bu qurum Fələstin Administrasiyası və ya yeni yaradılmış idarəetmə mexanizmi ola bilər.

 

 

Ş.E

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar