SON XƏBƏRLƏR

Azarkeş sayına görə "Traxtur"un reytinqi açıqlandı

2025.04.22, 14:33
Azarkeş sayına görə "Traxtur"un reytinqi açıqlandı

Təbrizin "Traxtur" Futbol Klubu ev oyunlarında iştirak edən azarkeş sayına görə, Asiya və İran üzrə yenə də birinci, dünya üzrə isə 11-ci yeri tutub.

Gunaz.tv

Bu barədə "Transmarket" idman saytı məlumat yayıb.

Məlumata görə, Təbriz təmsilçisinin hər oyununda iştirak edən azarkeş sayı ortalama 42077 nəfər olub.

"Traxtur"dan əvvəlki yerlərdə isə, "Man City", "Feyenerood", "Atlanta", "Barcelona", "RB Leiozig", "Monterrey", "Paris SG", "Lazio", "Valenciya" və "Sao Paulo" klubları qərarlaşıb.

Qeyd edək ki, bu orta göstərici İran Futbol Federasiyasının verdiyi rəsmi məlumatına əsaslanır.

"Traxtur"un Təbrizdə keçirdiyi oyunlarında stadiona toplaşan və ətraf təpələrdən oyunu izləyən tərəfdar sayı 100 mindən çox olur.

Təbriz təmsilçisi İran Premyer Liqasının 27-ci həftəsinin oyunlarından sonra keçirdiyi 25 oyundan 58 xal toplayaraq turnir cədvəlinin birinci pilləsində qərarlaşıb.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar