SON XƏBƏRLƏR

Amerikadan Suriya Prezidentinə İranla bağlı şərt

2025.04.25, 13:31
Amerikadan Suriya Prezidentinə İranla bağlı şərt

Amerika konqresmeni Merilin Ştutzman Suriya Prezidenti Əhməd Şaraanın İsraillə münasibətləri normallaşdırmaq istədiyini açıqlayıb.

Gunaz.tv

Konqresmen Suriya liderinə istinadla bunun müəyyən şərtlərdən, xüsusilə də Suriyanın suverenliyi və ərazi bütövlüyünün təmin edilməsindən asılı olacağını bildirib. Ştutzman Suriyaya səfərindən sonra “Jerusalem Post” qəzetinə deyib:

“Suriya onu İsrail, Yaxın Şərqin digər ölkələri və Amerika ilə yaxşı münasibətdə saxlayacaq İbrahim sazişlərinə qoşulmağa hazırdır”.

Ştutzman Şaraanın İsraillə münasibətləri normallaşdırmaq üçün şərtlərini açıqlayıb, bunlardan başlıcası Suriyanın vahid və suveren dövlət olaraq qalmasıdır:

“Şaraanın narahatlığı Suriyanın bölgələrə bölünməsi ilə bağlıdır, o, bunun baş verməsini görmək istəmir”.

Konqresmen qeyd edib ki, Şaraa İsrailin Qolan təpələrindəki işğalının aradan qaldırılmasını və Suriyaya müdaxilənin dayandırmasını istəyir.

Suriyaya qarşı tətbiq edilən sanksiyalarla bağlı Ştutzman belə söyləyib: “Şaraa Amerikadan pul istəmir, əksinə, sanksiyaların götürülməsini tələb edir. Hesab edirəm ki, bu, nəzərə alınmalıdır”.

Amerika nümayəndəsi vurğulayıb ki, Vaşinqtonun sanksiyaları ləğv etmək üçün şərtləri var:

“Atılmalı olan addımlar arasında insan haqlarına, qadın hüquqlarına və dini azadlıqlara hörmətin təmin edilməsi və bütün suriyalılara ləyaqətlə yanaşılması daxildir. Həmçinin İsraillə hörmətli və təhlükəsiz münasibətləri qorumaq, Suriyanın terrorizm üçün meydana çevrilməməsini, İran, Çin və ya Rusiya üçün proksi olmamasını və regionda bir dövlət kimi fəaliyyət göstərməsini təmin etmək”.

 

 

Ş.E

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar