SON XƏBƏRLƏR

Hollandiya İranı sui-qəsdlərdə ittiham etdi- Səfirlər XİN-ə çaırıldı

2025.04.25, 15:59
Hollandiya İranı sui-qəsdlərdə ittiham etdi- Səfirlər XİN-ə çaırıldı

Hollandiya kəşfiyyatı və təhlükəsizliyi Tehran hakimiyyətini Avropada sui-qəsdlər həyata keçirməkdə ittiham edib.

Gunaz.tv

Bu barədə Hollandiya Kəşfiyyat və Təhlükəsizlik Agentliyinin (AIVD) illik hesabatında yazılıb.

Hesabatda bildirilib ki, İran hökuməti ötən ilin yayında Harlem şəhərində, 2023-cü ilin sonunda isə İspaniyanın paytaxtı Madriddə uğursuz sui-qədlərə cəhd edib.

Hesabatın dərcindən sonra, bu gün Hollandiyanın Tehrandakı səfiri Emil Frederik DuBontu İran Xarici İşlər Nazirliyinə çağıraraq ona Tehranın rəsmi etirazı çatdırılıb.

İran XİN-i rəsmi Tehranın iddia olunan sui-qəsdlərdə əli olmadığını bildirib.

Bununla yanaşı Hollandiya xarici işlər naziri Kaspar Veldkamp da İranın bu ölkədəki səfiri Hadi Fərəcvəndi XİN-ə çağırıb və sui-qəsdlərdəki roluna görə İran hökimətinə etiraz edib.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar