SON XƏBƏRLƏR

İranda partlayış- Yaralıların sayı 516-ə çatıb- YENİLƏNİB

2025.04.26, 15:50
İranda partlayış- Yaralıların sayı 516-ə çatıb- YENİLƏNİB

Bəndər Abbas şəhərində Şəhid Rəcai limanında baş verən partlayış nəticəsində onlarla nəfər xəsarət alıb.

Gunaz.tv

Bu gün İranın Hormozqan əyalətinin mərkəzi Bəndər Abbas şəhərinin Rəcayi limanında güclü partlayış olub.

Bu barədə yerli media məlumat yayıb.

İran Fövqəladdə Hallar Mərkəzinin verdiyi məlumata görə, partlayış nəticəsində 516 nəfər yaralanıb.

Bəndər Abbas və ətraf şəhərlərin təcili yardım mərkəzləri və xəstəxanalarının hazır vəziyyətə gətirildiyini bildirib.

Sosial media platformalarında yayılan videolardan partlayış yerindən güclü yanğın və tüstü qalxdığı görünür.

Rəsmi məlumatlarda hadisənin limanın anbarlarında saxlanılan ammonyak tankerlərinin partlaması ilə əlaqəli olduğu iddia olunub.

Bölgəyə cəlb olunan yanğınsöndürmə və təhlükəsizlik qruplarının səylərinə baxmayaraq, yanğını söndürməyin mümkün olmadığı bildirilib.

Qeyri-rəsmi məlumatlarda ölənlərin olduğu, yaralıların isə sayının durmadan artdığı qeyd olunub.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar