SON XƏBƏRLƏR

Pezeşkian hökuməti dövründə 1000-dən çox məhbus edam edilib

2025.04.30, 11:06
Pezeşkian hökuməti dövründə 1000-dən çox məhbus edam edilib

İranın 9-cu prezidenti Məsud Pezeşkianın 9 iyul 2024-cü ildən rəsmi olaraq prezident vəzifəsinin icrasına başlamasından 2025-ci ilin aprelin 29-a kimi ölkədə 1050 nəfər edam edilib.

Gunaz.tv

Bu barədə insan haqları təşkilatları məlumat yayıb.

Məlumata görə, edam edilənlərdən 14-ü siyasi ittihamlara görə ölüm cəzasına məhkum edilən şəxslər olub.

Bu, son 10 il ərzində İranda ən yüksək edam sayı olub.

Pezeşkianın prezidentliyinin 4-cü ayı, oktyabr ayında İranın müxtəlif şəhərlərinin həbsxanalarında rekord sayda edam qeydə alınıb.

Həmin ay 161 nəfər edam edilib, onlardan 28-i Azərbaycan türkü, 2-i isə türkmən olub.

GünazTV 

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar