SON XƏBƏRLƏR

Amerikalı senator: İranın mülki istifadə üçün qabaqcıl sentrifuqalara ehtiyacı yoxdur

2025.04.30, 15:14
Amerikalı senator: İranın mülki istifadə üçün qabaqcıl sentrifuqalara ehtiyacı yoxdur

Amerika senatoru Tom Kotton deyib ki, İranın mülki nüvə enerjisi məqsədləri üçün qabaqcıl sentrifuqalara və yüksək zənginləşdirilmiş urana ehtiyacı yoxdur.

Gunaz.tv

Senator bu barədə özünün sosial media hesabında paylaşım edib.

O, Donald Trampın Tehranın nüvə silahı əldə etməsinə gətirib çıxaracaq bütün imkanları kəsilməli olduğu, əks halda nəticələrin ağır olacağını deyib.

"Məqbul razılaşma İranın nüvə bombasına aparan bütün yollarını, o cümlədən yüksək zənginləşdirilmiş uranı və qabaqcıl sentrifuqalarını kəsən sazişdir. Onların mülki nüvə enerjisi üçün sentrifuqalara və yüksək zənginləşdirilmiş urana ehtiyacı yoxdur." - deyə senator bildirib.

 

- Cəfər Cəfərli

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar