SON XƏBƏRLƏR

KİV: Ukrayna Amerika ilə təbii sərvətlərlə bağlı sazişi bu gün imzalaya bilər

2025.04.30, 15:41
KİV: Ukrayna Amerika ilə təbii sərvətlərlə bağlı sazişi bu gün imzalaya bilər

Ukrayna Amerika ilə təbii sərvətlər ilə bağlı sazişi bu gün imzalamağa hazırdır.

Gunaz.tv

Günaz TV APA-ya istinadən xəbər verir ki, bu barədə "Bloomberg"ə danışıqların özəl olduğu üçün adının açıqlanmasını istəməyən şəxs deyib.

Onun sözlərinə görə, saziş çərçivəsində iki ölkə Ukraynada dağ-mədən sənayesi, enerji və əlaqəli texnologiyalara investisiyaların artırılmasına şərait yaratmağa çalışacaq.
“Ukraynanın investisiya layihələrini idarə etmək üçün birgə fondun yaradılmasını nəzərdə tutan saziş layihəsi yekunlaşıb və bu gün imzalana bilər. Ukraynanın İqtisadiyyat naziri Yuliya Svırıdenko imzalanma üçün Vaşinqtona yollanır”, -məsələ ilə tanış olan mənbə bildirib.

Mənbə sazişin Vaşinqtonun Kiyevə dəstəyini gücləndirə biləcəyini vurğulayıb.

 

C

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar