SON XƏBƏRLƏR

Keyhan qəzeti Trampı yenidən təhqir edib

2025.05.03, 11:45
Keyhan qəzeti Trampı yenidən təhqir edib

İranın mühafizəkar "Keyhan" qəzeti Amerika prezidenti Donald Trampı təhqir edib.

Gunaz.tv

Əli Xameneinin nümayəndəsi tərəfindən idarə olunan qəzet Trampın qlobal siyasəti yenidən formalaşdırmaq səylərinin uğursuzluqla nəticələnəcəyini iddia edib.

Qəzet yaydığı məqalədə Donald Trampın Cou Baydenə yönəltdiyi tənqidlərin onun özünə aid olduğunu deyərək onu "ən pis və ən bacarıqsız prezident" adlandırıb.

Bundan başqa yazıda Amerikanın dövlət başçısı "fövqəladə səviyyədə axmaq" sözləri ilə açıq təhqir edilib.

Məqalədə "Keyhan" qəzeti açıq şəkildə bildirib ki, “İran heç vaxt nüvə proqramından tam şəkildə imtina etməyəcək."

 

- Cəfər Cəfərli

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar