Bundan başqa, Böyük Britaniya Amerika-İran danışıqlarının mayın 2-ə nəzərdə tutulmu, sonradan ləğv edilən, görüşündən öncə də İran rəsmiləri ilə danışıqlar aparmaq istəmişdi.
Qeyd edək ki, hələ mart aylarının sonunda Britaniyanın xarici işlər naziri Devid Lemmi Amerika ilə həmrəylik nümayiş etdirərək İranın heç vaxt nüvə silahı inkişaf etdirməyəcəyini və ya əldə etməməsini təmin etmək üçün ortaq öhdəliyini ifadə etmişdi
Bütün bunların fonunda isə, mayın 4-də, Britaniya polisi 4 İran vətəndaşını terror ittihamı ilə həbs etmişdi.
Bu onu göstərir ki, Böyük Britaniya İranla danışıqlarda uğur əldə edilməsində həm də öz təhlükəsizliyi üçün maraqlıdır.
Xatırladaq ki, İran tərəfi yanvar ayında Kirmanda Britaniyalı cütlüyü həbs etmişdi. Ona görə də hazırda ictimaiyyətin gündəmində iki ölkə arasında mümkün məhbus mübadiləsi var.
- Cəfər Cəfərli