SON XƏBƏRLƏR

Marko Rubio: Amerikanın Ukrayna ilə bağlı prioriteti dərhal atəşkəsdir

2025.05.12, 11:19
Marko Rubio: Amerikanın Ukrayna ilə bağlı prioriteti dərhal atəşkəsdir

Amerika administrasiyasının Ukraynadakı münaqişənin həllində prioriteti dərhal atəşkəs və hərbi əməliyyatların dayandırılmasıdır.

Gunaz.tv

Günaz TV "Report"a istinadən xəbər verir ki, bunu Amerika dövlət katibi Marko Rubio Böyük Britaniyanın xarici işlər naziri Devid Lammi ilə telefon danışığı zamanı deyib.

“Dövlət katibi Amerikanın Rusiya və Ukrayna arasında müharibə ilə bağlı mövqeyini bir daha təkrarlayıb: Bizim əsas prioritetimiz hərbi əməliyyatlara son qoymaq və dərhal atəşkəs əldə etməkdir”, - Dövlət Departamentinin bəyanatında deyilir.

Hindistan və Pakistan arasında münaqişənin gərginləşməsini müzakirə edən nazirlər Yeni Dehli və İslamabadın atəşkəs rejimini saxlaması və təmasları davam etdirməsinin vacibliyini vurğulayıblar.

“Dövlət katibi Amerikanın Hindistan və Pakistan arasında birbaşa dialoqa dəstəyini ifadə edib və əlaqələri yaxşılaşdırmaq üçün səyləri davam etdirməyə çağırıb”, - deyə məlumatda vurğulanıb.

 

C

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar