SON XƏBƏRLƏR

Amerika ilə danışıqlarda irəliləyiş yoxdur - İran mediası

2025.05.12, 12:09
Amerika ilə danışıqlarda irəliləyiş yoxdur - İran mediası

Danışıqlar elə bir vəziyyətdədir ki, heç bir irəliləyiş əlaməti yoxdur və Amerika tərəfinin razılığa gəlmək istəyi müşahidə olunmur.

Gunaz.tv

Bu barədə İranın "Vətən-e emruz" qəzeti yazıb.

“Bir aydan çox davam edən danışıqların dörd raundunda tərəflərin hansı ümumiliklər və ya təfərrüatlar üzrə razılığa gəldiyi, danışıqların prinsipial olaraq razılaşma yolunda olub-olmadığı hələ də aydın deyil",- qəzet qeyd edib.

Qeyd edək ki, Amerika -İran danııqlarının dördüncü raundu mayın 11-də Omanın paytaxtı Maskatda keçirilib.

Danışıqların 5-ci raundunun keçirilib-keçirilməyəcəyi və yeri məlum deyil.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar